Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Biliç oyundan sonra zəng vurub təbrik etdi" - Yurçeviç

Tarix: 11 Sentyabr 2019 11:20

Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə keçirilən oyundan danışıb.

Qol.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında qeyd edib ki,  1:1 hesablı bərabarliyə bütün komandanın yaxşı oynaması sayəsində nail olublar: "Futbolçularımızın hamısı meydanda ən yaxşı idi. Xorvatiya kimi komandaya yalnız bu yolla qol vurmaq olar.

Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Əminəm ki, onlar vəziyyəti dramatik hala salmadan final mərhələsinə vəsiqə əldə edəcəklər”.

53 yaşlı mütəxəssis 11-ci dəqiqədə komandamızın qapısına təyin edilən penalti epizoduna da münasibət bildirib: “Mənə elə gəldi ki, penalti deyil. Komandamızın meneceri dərhal telefonunda həmin epizodun videogörüntüsünü göstərdi və bundan sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim".

Yurçeviç əlavə edib ki, oyundan sonra rəqib komandanın baş məşqçisi Zlatko Daliç onunla görüşməsə də, digər həmyerlisi, Xorvatiya millisi, Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında birgə çalışdığı Zlaven Biliç zəng edərək onu təbrik edib: "Oyundan dərhal sonra Slaven Biliç zəng vuraraq, göstərdiyimiz oyundan şad olduğunu bildirdi və bir dost kimi məni təbrik etdi".

 

 


Etiketlər:  Biliç oyundan sonra zəng vurub təbrik etdi Yurçeviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ