Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı döyüşçü Kiyev ətrafında, məhv edilmiş rus tankları fonunda - VİDEO

Azərbaycanlı döyüşçü Kiyev ətrafında, məhv edilmiş rus tankları fonunda - VİDEO

Tarix: 29 Mart 2022 21:09

Ukraynanın tərəfində döyüşən azərbaycanlı döyüşçü Kiyev ətrafında məhv edilmiş Rusiya tanklarının fonunda işğalçılara səslənib. "Salam, belə hava necədi sizinçün? Yenə gəlin, belə hava bizim xoşumuza gəlir. Sizi gözləyirik. Baxın, bunlar sizin tanklarınızdır, biz belə xoşlayırıq. Allaha şükürlər olsun! Azərbaycana eşq olsun, Ukraynaya eşq olsun. Möhkəm olun, uşaqlar, biz sizinləyik", - həmin döyüşçü Ukrayna telegram-kanallarından birində yayılan Tik-Tok videosunda (Qeyd: videoda senzuradan kənar ifadələr yer alır) bildirir. Döyüşçünün kimliyini dəqiqləşdirmək mümkün deyil.

Qeyd edək ki, Ukraynada yaşayan yüz minlərlə azərbaycanlılardan bir qismi könüllü olaraq Rusiya ordusuna qarşı döyüşlərə qatılıb. İndiyədək onlardan bir çoxunun döyüş meydanından çəkilmiş kadrları sosial şəbəkələrdə yer alıb.


Etiketlər:  Azərbaycanlı döyüşçü Kiyev ətrafında məhv edilmiş tankları fonunda VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ