Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 12:06
Qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq. Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana olan ixrac qadağası müvəqqətidir və bir neçə aya bu qadağa aradan qalxacaq.
Səfir vurğulayıb ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur.
"Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər", - o qeyd edib.