Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 17:20
Prodüser Mədinə Məlik aparıcılar Vüsalə Əlizadə və Zümrüd Bədəlovanı tənqid edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan prodüser hər iki aparıcını ona qarşı hörmətsizlik etməkdə qınayıb:
"Çox göylə getməyin, yerdə gəzin. 20 ildir şou-biznesdəyəm. İllərlə tanıdığım bir aparıcı o vaxt balaca bir uşaq idi. Sən görürsən ki, Mədinə yığır, illərdir tanıyırsan məni. Köməkçisi açır. Mən səni 50 dəfə maşınıma mindirib evinə gecə 2-də, 3-də sürən adamam.
Afaq Gəncəlidən artıq olacaqsınız?! Afaq Gəncəlinin illər öncə avtomobil haqda verilişi var idi, təməlini onda qoyub. Mən Afaqı yığıram, deyir, can. Vüsalə Əlizadə xanımın köməkçisi götürür. Görünür, onun vaxtı yoxdur. Zümrüd Bədəlova məni lap öldürdü. Deyirəm ki, Zyuma, dostuq... Dedi ki, Zyuma?, Zümrüd xanım. Biraz sadə olun. Ən azından bir-birimizin arasında".