Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Əməkdar artistlə barışıb

Xalq artisti Əməkdar artistlə barışıb

Tarix: 30 Mart 2022 18:40

Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva barışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Deməsəm olmaz" proqramında deyilib. Bildirilib ki, barışıq Novruz bayramı ərəfəsində baş verib. 

Xanəndələri Xalq artisti Nəzakət Teymurova barışdırıb. Hadisə Azərbaycan Milli Konservatoriyasında olub. N.Teymurovanın barışıq istəyinə həmkarları müsbət reaksiya verib. 

Qeyd edək ki, A.Bayramova və G.Əliyeva uzun illərdir küsülüdür. Onlar arasındakı incikliyin səbəbi bilinməsə də, küsülülükləri "Zaurla Günaydın" proqramında ortaya çıxmışdı. Proqramda qonaq olan sənətçilər içəri girəndə görüşməyib, bir-birinin ünvanına atmacalı sözlər atıb.


Etiketlər:  Xalq artisti Əməkdar artistlə barışıb


RƏYLƏR