Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 19:08
Alternativ enerji mənbələrindən istifadə, yaşıl enerjiyə keçid günümüzün mühüm məsələlərindəndir. Çünki belə vasitələr ilk növbədə ekoloji çirklənmənin qarşısını alır. Bunlardan biri də külək enerjisidir. Alternativ enerji sistemlərinin quraşıdırlması işi ilə məşğul olan Tamerlan Quliyevin sözlərinə görə ki, hazırda istənilən şəxs mənzilində, sahibkarlıq obyektində, eləcə də fərdi təssərrüfatının yerləşdiyi ərazidə külək turbinlərindən istifadə edə bilər. Çünki ölkəmizdə küləkli havaların üstünlük təşkil etdiyi yerlər kifayət qədərdir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Tamerlan Quliyev deyir ki, külək turbinləri bir neçə formada quraşıdırla bilər. Qiymətlər isə sifarişçinin istəyinə görə dəyişir.
Bərpa olunan enerji mənbələri dövlət agentliyinin direktoru Təbriz Əmmayev də Azərbaycanda kifayət qədər külək enerjisi potensialının olduğunu bildirir. Yaşıl enerjiyə keçid prossesinə gəlincə isə bu, müxtəlif komponentləri özündə əks etdirir.
Təbriz Əmmayev bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi istiqamətində işlərin aparıldığını, cari ildə sənaye həcmli 2 ədəd enerji layihəsinin icrasına başlandığınıda qeyd edib.