Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Avstraliyadan “Bushmaster” istədi

Zelenski Avstraliyadan “Bushmaster” istədi

Tarix: 31 Mart 2022 21:48

Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın baş naziri Skott Morisonun da olduğu Nümayəndələr Palatasına toplaşan deputatlar və senatorlarla telekonfrans vasitəsilə danışıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski Avstraliyanı ölkəsini silahlandırmağa və "Bushmasters" adlı zirehli texnika göndərməyə çağırıb.

Rusiya hərbçiləri ilə döyüşən Ukrayna qüvvələrinin daha çox silaha ehtiyacı olduğunu vurğulayan Zelenski, "Ən çox şərlə mübarizə aparanları silahlandırmalıyıq" deyib.

Avstraliyanın "Bushmaster" adlı zirehli hərbi maşınlarının Ukraynaya göndərilməsini istəyən Zelenski söyləyib: "Sizin Ukraynaya əhəmiyyətli dərəcədə kömək edə biləcək çox yaxşı zirehli personal maşınlarınız var - "Bushmaster"lər. Silahlanma baxımından bizim mövqelərimizi gücləndirə biləcək başqa texnikanız da var. Bunu bizimlə bölüşmək imkanınız olsa, çox minnətdar olarıq".


Etiketlər:  Zelenski Avstraliyadan Bushmaster istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ