Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bəzi Qərb ölkələri artıq anti-Rusiya sanksiyalarından yorulub"

Tarix: 1 Aprel 2022 07:26

"Bəzi Qərb ölkələri artıq anti-Rusiya sanksiyalarından yorulub".

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib

"Düzünü desəm, bəzi ölkələrdə sanksiyaların yorğunluğunu görürəm. Həqiqətən də Rusiya iqtisadiyyatına zərbə vura bilən əlavə sanksiyalardan qaçmaq istəyini görürəm. Lakin Polşa onlardan biri deyil, Polşa Rusiyaya artan təzyiqdə ön sıradadır.

Kiyev bu yorğunluğu aradan qaldırmağa çalışır və ukraynalıların sanksiyalar sahəsində görülən hər şeyə görə minnətdar olduqlarını, lakin daha çox iş görülməsinə ehtiyac olduğunu açıq şəkildə bildirir",- Kuleba Polşanın TVN telekanalının efirində deyib.

Milli.Az


Etiketlər:  Bəzi Qərb ölkələri artıq anti Rusiya sanksiyalarından yorulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ