Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 11:40
Eks-prezident Mixail Saakaşvili hazırda Gürcüstanın kapitulasiya elan etdiyini və praktiki olaraq müttəfiqsiz qaldığını bildirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında bildirib.
O deyib ki, Gürcüstanın xilası məsələsini yenə də gürcü xalqı öz əlinə almalıdır:
"Hazırda Gürcüstanın tamamilə kapitulasiya elan etdiyi və praktiki olaraq müttəfiqsiz qaldığı bir vaxtda, bu məsələ ilə bağlı dünyanı oyada biləcək bir şəxs kimi mən əsir götürülmüşəm. Yeganə ümidim Ukrayna Silahlı Qüvvələridir, hansılar ki, Donetsk və Luqanskın ərazilərinin tam tutulmasına imkan verməməlidirlər. Bu zaman Sxinvali və Ukraynanın bölgələrinin birləşdirilməsi öz mənasını itirimiş olur. Həmçinin, jurnalistlər və siyasətçilər gürcü xalqına başa salmalıdırlar ki, kapitulasiya siyasəti tam məhvə aparır və Gürcüstanın xilası məsələsini yenə də gürcü xalqı öz əlinə almalıdır", - Saakaşvili qeyd edib.