Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir

Prezident: Bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir

Tarix: 2 Aprel 2022 14:42

Gündəlikdə duran məsələlərin sayının artması Azərbaycan-İtaliya əməkdaşlığının çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib.

"2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim var. Səfərlər, müzakirələr və sənədlər - bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir", - deyə dövlət başçısı vurğulayıb.


Etiketlər:  Prezident Bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ