Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 09:54
Rusiya Ukraynanın İstabulda təklif etdiyi sülh müqaviləsi layihəsini Krım hissəsi istisna olmaqla şifahi şəkildə qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna nümayəndə heyətinin başçısı David Araxamiya bildirib.
Araxamiyanın sözlərinə görə, Rusiya tərəfi Zelenski və Putinin görüşü üçün lazım olan sənədlərin ilkin variantı üzərində işi başa çatdırıb. Görüş böyük ehtimalla İstanbulda keçiriləcək. İşçi qrupa yekun sənədi deyil, prezidentlərin ehtimal olunan görüşündə müzakirə ediləcək sualları hazırlamaq tapşırılıb.
Hazırda Kiyev Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək ölkələrlə fəal iş aparır. 3 NATO ölkəsi - Türkiyə, Almaniya və İtaliya buna razılıq verib. Rəsmi Kiyev nüvə dövlətlərindən birinin də zamin olmasını istəyir. Bu məqsədlə Çinlə danışıqlar aparılır.