Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda binada baş verən yanğın söndürülüb - VİDEO

Bakıda binada baş verən yanğın söndürülüb - VİDEO

Tarix: 4 Aprel 2022 13:24

13:23

Bakıda binada baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.

----------
12:21

Xətai Prospektində yaşayış binasında yanğın başlayıb.

Milli.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Milli.Az


Etiketlər:  Bakıda binada baş verən yanğın söndürülüb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ