Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 14:36
Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinə marağı çoxaldıb. Bu da birbaşa belə mənzillərin alqı-satqısı və kirayə qiymətlərinə təsir edir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, sözügedən vəziyyət artıq tendensiya halını alıb. Odur ki, bu ildə bahalaşmanın olacağı istisna edilmir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, yay mövsümü bağ evlərinin kirayə qiymətləri hətta 2-3 dəfəyə qədər çoxalır.
Ev alqı-satqısı və mənzil kirayəsi ilə məşğul olan şəxslər artıq müraciətlərin başladığını bildirirlər. Qiymətlər isə əraziyə görə dəyişir.
Bildirilir ki, ən baha bağ evləri Mərdəkan, Buzovna, Şüvəlan ərazilərində təklif olunur.