Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 17:40
Xalq artisti Məleykə Əsədova rejissorlardan film üçün çox sayda təkliflər aldığını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, bu haqda aktrisa axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, uzun illərdir bu cür təkliflər alsa da ürəyincə bir iş yoxdur:
"Çox arzulayıram filmə çəkilim. Elə bilməsinlər ki, istəmirəm. Dəvətlər çox olur. Amma mən buna peşəkar tərəfdən baxıram. Görünmək xatirinə yox, yaratmalıyam. Obrazla yadda qalmalıyam. Əminəm ki, mənim çıxış etdiyim serial uğur qazanacaq. Hansı tamaşada oynamışamsa, anşlaq olub. Hansı şeiri deyirəmsə, yadda qalır".
M.Əsədova rejissorlardan yüksək qonorar istəməsi və ünvanına "bahalı aktrisa" deyilməsinə aydınlıq gətirib:
"Mən bahalı yox, sənətini sevən aktrisayam. Teatr aktyorları fədakardır. Amma günümü sərf edirəmsə, əlbəttə pul verilməlidir. İşimi gücümü atıb gedirəm çəkilişə. Zərif görünməyimə baxmayın, bütün yükü özüm edirəm. Qızım təhsili, evin işləri hamısı mənlikdir".
Aktrisa formada qalma sirrini bölüşüb:
"Səhər və axşam ancaq evdə çəkilən təbii şirələr içirəm. İllərdir çörək yemirəm. Hər şey yeyirəm, amma çox az miqdarda. Geyimlərimi də hər zaman xaricə gedəndə alıb gətirirəm. Ayaqqabını çox sevirəm".