Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 14:36
Qazaxıstanın Aktobe vilayətində 30 işçi çayın ortasında avtobusun damında bir neçə saat qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, "KazMunayQaz Trub Servis" şirkətinin qazmaçıları evə qısa bir yolla - Jem çayı üzərindəki buzun üstü ilə qayıtmağa qərar veriblər. Lakin yaz fəsli ilə əlaqədar nazilən buz qırılıb.
İşçilər "lyuk" vasitəsilə avtobusun damına çıxıb və rəhbərliklərinə zəng edərək yardım istəyiblər.
Artıq insanlar təxliyə edilib. Avtobus isə yalnız suyun səviyyəsi düşəndə çıxarıla biləcək. Bunun 10-20 gündən tez olmayacağı bildirilir.