Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 08:28
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, dörd qarşılaşmadan biri Bakı vaxtı ilə saat 20:45-də, digər 3-ü isə saat 23:00-da start götürəcək.
Bu raundun açılış matçında Çexiyanın "Slaviya" (Praqa) klubu Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə "Lester"in qonağı olacaq.
Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Yunanıstan PAOK-unu qəbul edəcək. İtaliya "Roma"sı isə Norveçdə "Budyo Qlimt"lə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Konfrans Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)
23:00. "Marsel" (Fransa) - PAOK (Yunanıstan)
23:00. "Lester" (İngiltərə) - PSV (Niderland)
23:00. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.