Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hazırda təkliflərə ''hə'' deyə bilmirəm''

''Hazırda təkliflərə ''hə'' deyə bilmirəm''

Tarix: 7 Aprel 2022 12:40

"Hüseyn Cavidin "İblis" əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi məni hədsiz sevindirdi. Bu əsəri 2019-cu il, aprelin 17-də İstanbul Şəhər Teatrlarında səhnələşdirmişdim, böyük premyerası baş tutmuşdu. Mən teatra gələndə bir dənə də olsun burada Azərbaycanlı yazıçının, dramaturqun əsəri yox idi. İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrı hesab olunur. Bu gün repertuarımızda 15-dən çox Azərbaycanlı yazıçının əsəri var. Nə qədər ki, bu teatrdayam Azərbaycan əsərlərinin sayını çoxaltmaq istəyirəm. Bu boyda Türkiyədə Azərbaycan teatrını təmsil edən iki insan var, onlardan biri Cahangir Zeynalov, digəri isə mənəm. Bu baxımdan üzərimizə böyük yük düşür. Bir növ əsərlərimizi orada tanıtmaq bizim missiyamızdır. Nə qədər ki, canım sağdır hər zaman yaradıcılığımda Azərbaycan əsərləri olacaq".
 
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a Əməkdar İncəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktrisa-rejissor Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.

"Azərbaycanlı əsərlərin repertuara daxil olması, qəbul olunması heç də asan məsələ deyil. Mən həmin əsər haqda elə bir təqdimat hazırlayıram ki, o əsər geri göndərilmir. Çünki həmin əsər repertuara daxil olunmasa, bir daha onu yenidən repertuara daxil etmək üçün göndərə bilmərəm. Gecəmi-gündüzə qatıb, həmin əsərlərin tərcüməsi ilə şəxsən özüm məşğul oluram. Bütün bunları təmənnasız edirəm. Mənim üçün mühüm olan əsərlərimizin Türkiyə teatrlarında repertuarda olmasıdır. Bu yolda durmaq yox, yalnız yola davam etmək lazımdır" deyə Məlahət Abbasova bildirib.

Sənətçi hazırda çəkildiyi "Yemin" serialından da danışıb.

""Yemin" serialı artıq 5-ci mövsümdür ki, davam edir. Yeni mövsümdə də davam edəcəyi bildirilir. Serial rəhbərliyi ilə mənim müqaviləm əslində 1 il idi, daha sonra onu 2 il etdilər. Bilmirəm ki, bundan sonra davam edəcəyəm ya yox?! Bir neçə film və serialdan da dəvət almışam. "Yemin" serialında çəkilişlərim davam etdiyi üçün heç bir təklifə "hə" deyə bilmirəm. Mənim teatrda işlərim olarsa bir müddət seriallara yenə ara verəcəyəm. Çünki mənim üçün birinci növbədə teatr və tamaşalardır. Boş vaxtlarım olduğu halda onu dəyərləndirib, seriallarda çəkiləcəyəm" deyə Məlahət Abbasova bildirib.


Etiketlər:  Hazırda təkliflərə deyə bilmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ