Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya böyük itkilərini etiraf etdi

Rusiya böyük itkilərini etiraf etdi

Tarix: 7 Aprel 2022 21:54

Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın "SkyNews" telekanalına müsahibəsində bildirib.

"Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir", - deyə Kremlin sözçüsü bildirib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib.

Eyni zamanda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin martın 25-də verdiyi məlumata görə, Ukrayna tərəfinin itkiləri 30 min nəfər təşkil edib.


Etiketlər:  Rusiya böyük itkilərini etiraf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ