Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı Nobel mükafatçısına hücum edildi - FOTO

Rusiyalı Nobel mükafatçısına hücum edildi - FOTO

Tarix: 7 Aprel 2022 22:42

Nobel Sülh Mükafatı laureatı, "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratova Moskva-Samara qatarında olarkən naməlum şəxs hücum edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Muratovun özü məlumat yayıb.

Jurnalistin sözlərinə görə, hücum edən şəxs tək olub. O, Muratovun olduğu kupeyə girərək, üzərinə yağlı boya və aseton atıb.

"Gözlərim dəhşətli dərəcədə yanır. Hər tərəfdə yağ qoxusu var. Gediş artıq 30 dəqiqə gecikib. Özümü yumağa çalışacağam", - Muratov bildirib.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Nobel Komitəsi Muratov və filippinli jurnalist Maria Ressenin "demokratiya və davamlı sülh üçün ilkin şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə" Sülh Mükafatına layiq görülüb.


Etiketlər:  Rusiyalı Nobel mükafatçısına hücum edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ