Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 23:36
UEFA Konfrans Liqasında 1/4 final mərhələsi start götürüb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, gecənin ilk matçında Çexiyanın "Slaviya" (Praqa) klubu Niderlandda "Feyenoord"la üz-üzə gəlib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunda ilk qolu 10-cu dəqiqədə qonaqların futbolçusu Luis Sinisterra vurub. Rotterdam təmsilçisi 41-ci dəqiqədə Peter Olayinkanın qolu ilə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə İra Sor Praqa klubunu önə çıxarıb. 74-cü dəqiqədə "Feyenoord"un oyunçusu Markos Senesi tarazlığı bərpa edib. 86-cı dəqiqədə Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçü yenidən "Feyenoord"u önə keçirib. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə İbrahim Traore qoyub.
Komandalar arasında cavab matçı aprelin 14-də olacaq.
UEFA Konfrans Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) - 3:3
Qollar: Luis Sinisterra, 10. Markos Senesi, 74, Orkun Kökçü, 86 - Peter Olayinka, 41. İra Sor, 67, İbrahim Traore, 90+5
Qeyd edək ki, gecənin digər matçlarında Niderlandın PSV-si İngiltərədə "Lester"lə, Yunanıstan PAOK-u Fransada "Marsel"lə, İtaliya "Roma"sı isə Norveçdə "Budyo Qlimt"lə qarşılaşacaq.