Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb

Tarix: 12 Sentyabr 2019 10:39

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edir. Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb:

“Amerikanın müəyyən ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyə qədər quruma üzv ölkələrdə tədbirlər keçirir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunur".

Ə.Amaşov bildirib ki, bu gün Azərbaycana 15-dən çox ölkədən qonaqlar gəlib və digər ölkələrdən də qonaqlar gələcək.

Qeyd edək ki, iştirakçılar tədbirdə öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işinə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ