Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 17:20
Ramazan ayında oruc tutanların qidalanma rejimi digər vaxtlarla müqayisədə fərqlidir.
Çünki orqanizm gündəlik yemək vərdişlərindən uzaqlaşır. Bu zaman maddələr mübadiləsi də zəifləyir. Buna görə də imsak və iftar vaxtlarında doğru qida seçimi etmək lazımdır ki, immunitetimiz aşağı düşməsin.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, diyetoloq Gülşən Rzayeva bildirir ki, imsakı sadəcə su ilə kifayətlənmək olmaz. Mütləq şəkildə səhər yeməyi yeyilməlidir.
Gün ərzində çox susamamaq üçün isə müəyyən qidalar var ki, imsak zamanı onlardan da istifadə edilə bilər.