Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsalə Kərimova ilə Yaşar ayrıldı

Vüsalə Kərimova ilə Yaşar ayrıldı

Tarix: 9 Aprel 2022 19:24

Aparıcı Vüsalə Kərimova müğənni Yaşar Cəlilov ilə işbirliyinə son qoyub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Vüsalə Kərimova bu haqda İnstaqram hesabında məlumat verib:

"Həyatda hər şeyin bir sonu varmış...Təəssüf ki, bəzən səbəbsiz olsa da yollar haçalanmağa məruz qalır. Mən həyatıma seçdiyim insanların dəyərini bilirəm. Yaşar Cəlilov, səninlə uzun bir yol gəldik, birlikdə ağladıq, birlikdə güldük. Acılı, şirinli yaşadığımız çox şey oldu. Hər kəsin ürəyindəkini Allah bilir. Birlikdə keçən 11 ilin bəlkə də bir ilini mehriban olmadıq. Həmişə dalaşdıq, bir-birimizin sözü boğazımızdan keçmədi. Məncə dur deməyin zamanı gəldi. Sən yoluna davam et, çalış, yolun açıq olsun. Çalış yaşadığın boyu kimsənin ruhunu incitmə!".

Milli.Az


Etiketlər:  Vüsalə Kərimova ilə Yaşar ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ