Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 22:45
Böyük Britaniya Dünya Bankı vasitəsilə Ukraynaya əlavə 500 milyon ABŞ dolları kredit zəmanəti verəcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.
Conson, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya 120 zirehli maşın və gəmi əleyhinə sistemlər verəcək.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.