Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 12:55
"Netflix"in populyar "La casa de papel" ("Kağız ev") serialında "Rio" obrazı ilə məşhurlaşan ispaniyalı aktyor Migel Erranın evi yanıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat paylaşıb. Hadisə Migel yatarkən baş verib. Yuxudan oyanan aktyor evin alovlar içində olduğunu görüb və otağının pəncərəsindən çölə çıxıb. O, xəsarət almadığını bildirib.
Həmin anın görüntüsünü sosial şəbəkədə paylaşan aktyor ironikayla "Sabahınız xeyir" yazıb.