Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq stolüstü tennis turniri keçiriləcək

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq stolüstü tennis turniri keçiriləcək

Tarix: 30 Aprel 2019 17:28

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq stolüstü tennis turniri keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Beynəlxalq stolüstü tennis turniri 2-3 may tarixində Bakı İdman Sarayında keçiriləcək.

Turnirdə 6 ölkədən 2004-2007; 2008-ci il təvəllüdlü və daha azyaşlı 70-dən çox idmançı iştirak edəcək.

Yarışları 2 və 3 may tarixində saat 10:00-dan 12:00-a kimi və 15:00-19:00-da Bakı İdman Sarayında izləyə bilərsiniz.

Turnirin təntənəli açılış mərasimi 2 may saat 17:-00da keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq stolüstü tennis turniri keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ