Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dnepr hava limanı vuruldu - Yaralılar var

Dnepr hava limanı vuruldu - Yaralılar var

Tarix: 10 Aprel 2022 18:46

Bu gün Dnepr hava limanına raket hücumu olub, xəsarət alanlar var. Eyni zamanda, hava limanı ətrafındakı infrastruktur da dağıdılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Administrasiyasının rəhbəri Nikolay Lukaşuk məlumat yayıb.

"Dnepr hava limanına raket hücumu zamanı Fövqəladə Hallar Dövlət Xidmətinin beş əməkdaşı xəsarət alıb", - deyə Lukaşuk əlavə edib.

Bundan əlavə, Novopavlovkda 1 mülki şəxs kasetli sursat götürərkən həlak olub.


Etiketlər:  Dnepr hava limanı vuruldu Yaralılar


RƏYLƏR