Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviya Belarus və Rusiyanın 152 yük maşınını geri qaytarıb

Latviya Belarus və Rusiyanın 152 yük maşınını  geri qaytarıb

Tarix: 10 Aprel 2022 19:48

Latviya sərhədçiləri Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar Rusiya və Belarusa məxsus 152 yük maşını ölkəyə buraxmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ilkin vaxtda sürücülərin yeni məhdudiyyətlərdən xəbəri olmayıb, lakin gün ərzində məlumat yayılıb və bundan sonra Rusiya və Belarusdan yük maşınlarının axını kəskin şəkildə azalıb.

Xatırladaq ki, bu həftə Aİ Rusiya və Belarusun avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində avtomobil nəqliyyatı ilə, o cümlədən tranzitlə malların daşınmasına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketini təsdiqləyib.

Milli.Az


Etiketlər:  Latviya Belarus Rusiyanın 152 yük maşınını geri qaytarıb


RƏYLƏR