Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ Azərbaycandır” adlı konsert olacaq

“Qarabağ Azərbaycandır” adlı konsert olacaq

Tarix: 12 Aprel 2022 14:18

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində "Qarabağ Azərbaycandır" adlı konsert proqramı təqdim olunacaq.

BMM-nin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə baş tutacaq layihədə görkəmli xanəndələr, musiqi xadimləri və Dövlət Rəqs Ansamblının çıxışları nəzərdə tutulub. Vətən müharibəsində qələbəmizin pozitiv ruhlarına köklənən gecədə dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri iştirak edəcək.

Tədbirə giriş dəvətnamə ilədir.

Milli.Az


Etiketlər:  Qarabağ Azərbaycandır adlı konsert olacaq


RƏYLƏR