Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda parkda ağaclar niyə kəsilib? - VİDEO

Bakıda parkda ağaclar niyə kəsilib? - VİDEO

Tarix: 12 Aprel 2022 18:08

7 ədəd şam ağacı dibindən kəsilib. Hadisə paytaxtın Suraxanı rayonu neftçilər parkının ərazisində baş verib. Ağaclar kəsildikdən sonra ərazidən başqa bir əraziyə daşınıb. Bəs bu ağacları kimlər və hansı səbəbdən kəsiblər? 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, parka istirahətə gələn vətəndaşların gözləri qarşısında xüsusi alətlə ağacları dibindən kəsiblər.

Daha sonra isə həmin ağacları hissələrə bölüb başqa bir əraziyə aparıblar. Hadisə Suraxanı rayonu ərazisində baş verib.

''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərilən və mobil telefonla qeydə alınan bu görüntülərdə iddia olunur ki, parkın ərazisində 10-a yaxın şam ağacı kəsilib. Parka istirahətə gələn sakinlər isə bildirirlər ki, bu ağaclar quru olduğundan kəsilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliynin baş mühəndisi Cavanşir Məmmədov ''Xəzər Xəbər''ə bildirdi ki, ərazidə ümumilikdə 7 ədəd şam ağacı kəsilib.

Qeyd edək ki, son vaxtlar paytaxtın müxtəlif ərazilərində xüsusən də şam ağaclarında xəstəlik və parazitlərin yaranması səbəbindən bu ağaclar quruyur. Bunun qarşısını almaq üçün isə qurumuş ağaclar çıxarılaraq yerində yaşıl ağaclar əkilir.

Milli.Az


Etiketlər:  Bakıda parkda ağaclar niyə kəsilib VİDEO


RƏYLƏR