Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-York metrosunda dəhşət - 13 yaralı var - FOTO

Nyu-York metrosunda dəhşət - 13 yaralı var - FOTO

Tarix: 12 Aprel 2022 18:10

Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində 13 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda hadisə yerindən partlayıcıların tapıldığı da bildirilir.

Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, dağınıq atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.

Polis hələlik onu yaxalamayıb.

Perronda və vaqonlarda yaralılar var.

Milli.Az


Etiketlər:  Nyu York metrosunda dəhşət 13 yaralı var FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ