Tarix: 12 Sentyabr 2019 15:48
Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç zədələnib.
Qol.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsində yığmamızla Bakıdakı görüşdə (1:1) zədələnən yarımmüdafiəçinin bud nahiyəsindən ağrılar var.
Klubun rəsmi Tvitter səhifəsində Modriçlə bağlı qeyd olunub: “Luka Modriç bu gün tibbi yoxlanışdan keçib. Müayinələrdən sonra onun sağ ayaq əzələsinin zədələnməsi diaqnozu qoyuldu. Onun bərpa prosesi davam etdiriləcək”.
Xatırladaq ki, Luka Modriç millimizlə görüşdə penaltidən hesabı açmışdı.