Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 20:32
Ağsu sakini avtomobilini yenidən sığorta etdirərkən sığorta məbləğinin artdığını öyrənib. Onun iddiasına görə qəza törədən başqa bir şəxs onun adından sığortaya müraciət edib. Həmin qəza hadisəsi də sığorta məbləğini artırıb.
İllərdir qəzasız maşın idarə etdiyinə görə avtomobilini siğorta edən zaman hər il nisbətən ucuz etdiyi siğortanın məbləği birdən-birə artıb. Halbuki müqaviləyə əsasən ödəməli olduğu sığorta haqqının məbləği azalmalı idi.
Ağsu rayon Bico kənd sakini Müşviq Zeynalov ona məxsus avtomobilini icbari qaydada siğorta elətdirib. Sığortasının vaxtı bitən zaman yenidən müraciət edəndə gözləmədiyi suprizlə qarşılaşıb.
Başına gələn hadisədən narahat olan müsahibiz məsələni araşdırdıqda onun yerinə başqa bir adamın şirkət tərəfindən sığorta elədildiyi məlum olub.
Vətəndaşın müqavilə bağladığı sığorta şirkətindən xəzər xəbərə bildirildi ki, şəxsin adında əvvəlki illərdə gün itirməmə görsənməyibsə, sığorta davamiyyətlə öz adına yaradılıbsa nə qədər sığorta müqaviləsinin, bonusun olduğu, habelə indiyə kimi olan qəzaları portalda görünür. Sürücü elektron formada şəxsiyyət vəsiqəsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsini göndərərsə ona cavab veriləcək. Problem həll edilməzsə vətəndaş məhkəməyə müraciət edə bilər- deyə şirkətdən bildirilib.