Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş prokuror Özbəkistanda rəsmi səfərdədir

Baş prokuror Özbəkistanda rəsmi səfərdədir

Tarix: 13 Aprel 2022 10:48

Baş prokuror Kamran Əliyev Özbəkistanda rəsmi səfərdədir.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib.

Səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Milli.Az


Etiketlər:  Baş prokuror Özbəkistanda rəsmi səfərdədir


RƏYLƏR