Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 17:50
Musiqi prodüseri Konstantin Meladze "VIA Gra Group" MMC-ni ləğv etmək qərarına gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, buna səbəb şirkətin borc öhdəliklərinin olması göstərilib.
Nizamnamə kapitalı 10 min rubl təşkil edir, MMC-nin "Via gra" və "Group VIA gra" brendlərinin sahibi olduğu qeyd edilir.
Qeyd edək ki, "VIA qra" qadın estrada qrupu 2000-ci ildə Kiyevdə yaradılıb, 2012-ci ildə K. Meladzenin qrupun dağılması ilə bağlı bəyanatından sonra komanda müxtəlif tərkibdə çıxışını davam etdirib.