Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 17:33
Bakı. Trend:
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edib.
Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir:
"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin