Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahzadə Uilyam uşaqlarına sosial şəbəkələrdən istifadəni qadağan etdi

Şahzadə Uilyam uşaqlarına sosial şəbəkələrdən istifadəni qadağan etdi

Tarix: 14 Aprel 2022 09:50

Şahzadə Uilyam və Keyt Midlton övladlarına ünsiyyətcil olmağı öyrətmək üçün sosial şəbəkələrdən istifadəni qadağan ediblər.

Bu barədə "Daily Express" məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbənin sözlərinə görə, cütlük varislərinin ünsiyyətcil böyümələrini və özlərini daha sadə aparmalarını istəyir.

"Keyt və Uilyam onların sosial media hesabları olmasına (hətta gizli olsa belə) icazə verməyəcəklər. Onlar uşaqlarının sosial media hesablarının olmasına 100 faiz qarşıdırlar", - deyə mənbədən bilidirilib.

Qeyd edilir ki, Uilyam və Keyt varislərə imtiyazlı mövqelərini izah etməyə çalışıblar. Bununla belə, onlar uşaqların təkəbbür göstərmələrini və başqalarından üstün olduqlarına inanmalarını istəmirlər.

O əlavə edib ki, onların qızı Şahzadə Şarlotta və böyük oğulları Şahzadə Corc adi məktəbdə oxuyurlar. Şarlotta ev tapşırıqlarını yerinə yetirməyi çox sevir, oxumaq üzrə sinfinin ən yaxşısı hesab olunur.

Keyt Midlton və Britaniya kraliçası II Elizabetin nəvəsi, taxt-tacda ikinci olan şahzadə Uilyam 2011-ci ildən evlidirlər. Onların Corc (səkkiz yaş), Şarlotta (altı yaş) və Luis (üç yaş) adlı üç övladı var.

Milli.Az


Etiketlər:  Şahzadə Uilyam uşaqlarına sosial şəbəkələrdən istifadəni qadağan etdi


RƏYLƏR