Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İstanbul prosesinə dəstək vermək lazımdır” - Ərdoğan

“İstanbul prosesinə dəstək vermək lazımdır” - Ərdoğan

Tarix: 14 Aprel 2022 21:56

"Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara dəstək vermək lazımdır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Kansleri Karl Nehammerlə telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı regional mövzular, o cümlədən Ukrayna ilə Rusiya arasındakı münaqişə, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.

"Ölkə başçısı Ukraynadakı müharibədə humanitar dramın aradan qaldırılması və atəşkəsə nail olmaq üçün hər fürsətdən istifadə edilməli olduğunu bildirib. O həmçinin sülh danışıqlarında irəliləyişə nail olmaq üçün İstanbul prosesinə dəstək verilməsinin zəruri olduğunu söyləyib. Prezident Türkiyənin münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb", - Türkiyə Prezidentinin dəftərxanasından jurnalistlərə bildirilib.


Etiketlər:  İstanbul prosesinə dəstək vermək lazımdır Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ