Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatih Terimin cəzası ilə bağlı yeni qərar

Fatih Terimin cəzası ilə bağlı yeni qərar

Tarix: 12 Sentyabr 2019 20:32

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
 
Beləliklə o, Türkiyə superliqasında  “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.

Qeyd edək ki, F.Terimin ölkə çempionatının 3-cü turunda  “Kayserispor”la matçdan  sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün o,  əvvəlcə 4 oyunluq cəzalandırılmışdı.

 


Etiketlər:  Fatih Terimin cəzası ilə bağlı yeni qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ