Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rusiya bizi etnik təmizləməyə məruz qoyur, necə dostluqdan danışaq?”

“Rusiya bizi etnik təmizləməyə məruz qoyur, necə dostluqdan danışaq?”

Tarix: 15 Aprel 2022 07:46

Kiyev meri Vitali Kliçko Rusiyanı Ukrayna xalqına qarşı etnik təmizləmə aparmaqda ittiham edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kliçko paytaxt Kiyevdə "Mariupol Qəhrəmanları" adı veriləcək parka baş çəkib, ağacəkmə proqramında iştirak edib.

Mer daha sonra burada Moskva və Kiyev dostluğu heykəli olduğunu, buna baxmayaraq, Rusiyanın Ukraynaya hücum etdiyini bildirib.

O, Rusiya ordusunun Ukrayna xalqına qarşı qətliam törətdiyini bildirib:

"Rusiya bizə hücum edir, Ukrayna xalqını etnik təmizləməyə məruz qoyur, Ukrayna xalqını və şəhərlərini yerlə-yeksan edir. Belə olan halda biz necə dostluqdan danışaq?"

Milli.Az


Etiketlər:  Rusiya bizi etnik təmizləməyə məruz qoyur necə dostluqdan danışaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ