Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ rəsmisi: “NATO-nun açıq qapı siyasətində dəyişiklik yoxdur”

ABŞ rəsmisi: “NATO-nun açıq qapı siyasətində dəyişiklik yoxdur”

Tarix: 15 Aprel 2022 08:08

ABŞ Rusiyanın Finlandiya və İsveçlə bağlı xəbərdarlıqlarına rəğmən NATO-nun açıq qapı siyasətini dəyişməyəcək.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Rəsmi Moskvanın Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyü ilə bağlı suala cavabında Prays deyib: "Heç bir dəyişiklik yoxdur. NATO-nun aşıq qapı siyasəti açıq qapı siyasətidir. Kimin alyansa üzvlüyü məsələsini yanlız NATO həll edir" - deyə Prays bildirib.

Bununla belə, Dövlət Departamentinin sözçüsü bildirib ki, hər bir namizəd Alyans üzv olmaq üçün müəyyən tələblərə cavab verməlidir.


Etiketlər:  ABŞ rəsmisi NATO açıq qapı siyasətində dəyişiklik yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ