Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rihanna reper nişanlısından ayrıldı

Rihanna reper nişanlısından ayrıldı

Tarix: 15 Aprel 2022 10:30

Müğənni Rihanna ilə reper nişanlısı Eysap Roki (Rakim Mayers) ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Qərb mediasının məlumatına görə, reper Rihannanı dizayner Əminə Muaddi ilə aldadıb.

Bu haqda moda influnseri Luis Pisano tvitter hesabında yazıb:

"Rihanna və Eysap ayrılıb. Rihanna reperi ayaqqabı dizayneri Əminə Muaddi ilə aldadarkən yaxaladıqdan sonra onu tərk edib".

Cütlük ayrılmaları ilə bağlı iddiaları hələlik şərh etməyib.

Xatırladaq ki, Rihanna ilə Eysap hazırda övladlarının dünyaya gəlməsini gösləyir. İfaçının qız övladı olacağı deyilir. Bu hadisəyə qədər cütlüyün doğuşdan sonra nikah masasına əyləşəyi bildirilirdi.

Qeyd edək ki, bu, Eysapla bağlı çıxan ilk aldatma xəbəri deyil. Bundan əvvəl Rihanna rəfiqəsi Megan Thee Stallionu sosial media üzərindən izləməni dayandırması və birlikdə olan fotolarını silməsi şayiələrin yaranmasına səbəb olmuşdu. Media onunla reper arasında münasibət olduğuna görə Riahannanın bu addımı atdığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Rihanna reper nişanlısından ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ