Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 14:52
Dünyaca məşhur "LVMH" qrupu Avropadakı brendlərinin butiklərində Rusiyadan olan müştərilərə xidmət göstərməyi dayandırıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, qrupa aid olan brendlərin mağazaları ("Celine", "Louis Vuitton", "Dior", "Marc Jacobs" və s.) Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar belə bir addım atıb. Bu barədə "Super.ru" İspaniya və Almaniyadakı butiklərin işçilərinə istinadən məlumat yayıb.
Rusiyalılar yalnız Avropa ölkələrindən birinin vətəndaşı olduqları təqdirdə brendin məhsullarını ala biləcək.
"Əgər Almaniyaya qısa bir müddət üçün uçursunuzsa və Rusiyaya qayıtmağı planlaşdırırsınızsa, biz sizə "LVMH"yə məxsus brendlərin məhsullarını sata bilməyəcəyik. Belə şərtlər yeni sanksiyalarla bağlıdır. Əgər Avropanın hər hansı bir ölkəsində məskunlaşmanızla bağlı sənədiniz varsa, biz sizə məmnuniyyətlə xidmət edəcəyik" - deyə, Almaniyadakı "Céline" butikinin meneceri nəşrə bildirib.
"Rusiyadan birbaşa uçuş edənlərə heç nə sata bilməyəcəyik. Bu addım hazırda Avropada tətbiq olunan qaydalara əsaslanır. Ancaq İspaniyada yaşayırsınızsa, Rusiya pasportunuz olsa belə heç bir problem olmayacaq" - deyə, Barselonadakı "Céline" işçisi deyib.
Qeyd edək ki, bundan əvvəl "Chanel" brendi də məhsullarını Rusiya vətəndaşlığı olan şəxslərə satmadığını açıqlamışdı.