Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 18:12
"72-ci mexanikləşdirilmiş briqadanın 80 hərbçisi ("Qara kazaklar") Kiyev vilayətinin Moşçun qəsəbəsi yaxınlığında minlərlə rus hərbçisini saxlayıb".
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı deyib.
"300 spartalının hekayəsini hamı bilir. Bu müharibədə bizdə dünyanın bilməli olduğu cəsarət və peşəkarlıq nümunələri var. "Qara kazaklar"ın adını daşıyan 72-ci mexanikləşdirilmiş briqadanın 80 hərbçisi Moşçun qəsəbəsini yarıb keçməyə çalışan minlərlə rus hərbçisinin qarşısını alıb", - Zalujnı bildirib.
Moşçun qəsəbəsi martın 21-də işğaldan azad olunub. Azsaylı Ukrayna hərbçiləri qəsəbədə rus ordusunun çoxlu texnikası məhv ediblər. Həmin döyüşlərdə rus ordusunun tərkibində təkcə piyadalar yox, xüsusi təyinatlılar, hücum qoşunları, eləcə də "Kadırovçular"ın olduğu deyilib.