Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 22:26
Yaponiya əhalisinin sayı bu ölkədə daimi yaşayan əcnəbilər də daxil olmaqla 2020-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək 644 min nəfər (0,51 faiz) azalıb. Hazırda ölkə əhalisinin sayı 125,5 milyon nəfər təşkil edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu, 20-ci əsrin ortalarından sonra əhali sayında ən böyük azalmadır. Bununla yanaşı, 2011-ci ildən bəri ölkə əhalisinin sayı 2,3 milyon nəfər azalıb. Beləliklə, bu prosesin durmadan artdığı qeyd edilir.
Proqnozlara görə, Yaponiyada əhalinin sayı 2050-ci ilədək 100 milyonadək, 2065-ci ilədək isə 88 milyonadək azalacaq. Əhalinin tərkibində yaşı 60-dan yuxarı olacaq sakinlərin sayı isə 38 faizədək artacaq. Əhalinin sayının belə kəskin azalması və bununla yanaşı doğum sayının da kəskin aşağı düşməsi yaxın gələcəkdə hökumət üçün ciddi problemlər yaradacaq.