Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 23:24
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə Rusiyanı terrorizmin himayədarı kimi tanıması ilə bağlı müraciət edib.
Sonxeber.net bildirir ki, "report" bu barədə "The Washington Post"a istinadən xəbər verir.
ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarına Moskvaya daha çox təzyiq göstərmək üçün bir sıra müxtəlif təklifləri araşdırmağa hazır olduğunu bildirib.
Qəzetin qeyd etdiyi kimi, hətta soyuq müharibə dövründə də Moskvanın 1970-1980-ci illərdə terrorçu hesab edilən qrupları dəstəkləməsinə baxmayaraq, Vaşinqton Sovet İttifaqını bu cür tanımaqdan çəkinirdi.