Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ronaldo rekordumu yeniləyəcək"

Tarix: 13 Sentyabr 2019 00:28

Milli komandada ən çox qol vuran futbolçu ünvanına sahib olan İran yığmasının keçmiş hücumçusu Əli Daei Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, 34 yaşlı hücumçu onun rekordunu yeniləyəcək: "Məncə, Ronaldo 109-dan çox qol vuracaq. O, əla futbolçudur. Bütün rekordlar yenilənmək üçün mövcüddur".

Qeyd edək ki, Ə.Daei 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir. Portuqaliyalı hücumçu isə 93 qolla bu göstəricidə ikincidir.

 


Etiketlər:  Ronaldo rekordumu yeniləyəcək


RƏYLƏR