Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ABŞ-dan gəmi əleyhinə raketlər istəyib

Ukrayna ABŞ-dan gəmi əleyhinə raketlər istəyib

Tarix: 16 Aprel 2022 08:45

Ukrayna Rusiyanın hücumunu dəf etmək üçün Pentaqondan gəmi əleyhinə raketlər və digər sahil müdafiə silahları istəyir.

Bu barədə "The New York Times" yüksək rütbəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ bu həftə elan etdiyi 800 milyon dollarlıq yardım paketinə sahil müdafiəsi aktivlərini əlavə etməklə bu istəyə cavab verib.

"New York Times" qəzetinin yazdığına görə, Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan "Moskva" gəmisinə hücum sahildən atılan gəmi əleyhinə raketlərin gücünün nümayişi idi və Ukraynanın bu cür silahlara daha çox ehtiyacı var.

Rəsmilər bildiriblər ki, "Moskva"nın batması həm Ukraynanın öz silahlarının gücünü, həm də Ukrayna şəhərlərindən uzun müddətdir dominantlıq edən Rusiya donanmasına qədər hərbi əməliyyatların genişləndirilməsinin strateji əhəmiyyətini nümayiş etdirib. Həmçinin qeyd edilib ki, gəminin batması Rusiyanın hərbi planlarına zərbədir.

Milli.Az


Etiketlər:  Ukrayna ABŞ gəmi əleyhinə raketlər istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ