Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xersonun peyk şəkillərində 800 yeni məzar tapılıb

Xersonun peyk şəkillərində 800 yeni məzar tapılıb

Tarix: 16 Aprel 2022 14:18

Fevralın 28-dən aprelin 15-dək Xerson şəhər qəbiristanlığında 800-dən çox yeni qəbir peyda olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri Londonda yerləşən İnsan Hüquqları Təşkilatı İnformasiya Davamlılığı Mərkəzinə (CIR) istinadən yayıb.

CIR Rusiyanın zəbt etdiyi ərazilərdə, eləcə də Rusiya ordusunun yaxınlığında yerləşən rayonlarda bir sıra qəbir və qəbiristanlıqlara nəzarət edir.

Fevralın 28-dən aprelin 15-dək "Planet Lab" şirkətinin peykdən əldə etdiyi görüntülərə görə, şəhərin kənarında, hava limanının şərqində yerləşən qəbiristanlıqda ən azı 824 yeni məzar peyda olub.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Xersonun peyk şəkillərində 800 yeni məzar tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ