Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 13:40
Mədəni ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebko yaradıcılığında yaranan müvəqqəti fasilənin başa çatdığını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb. İfaçı bunun onun üçün gözlənilməz olduğunu bildirib.
"Beləliklə özəl səyahətimi yarımçıq qoyaraq gözlənilmədən işə qayıdıram. Gözəl Misirlə ayrıldığım üçün çox təəssüflənsəm də, normal həyata doğru bu addımı atmalıyıq. Ürəyimin bir hissəsi əbədi olaraq burada qalacaq və yenidən buraya qayıdacağam".
O, ilk çıxışının nə vaxt və harada keçiriləcəyini bildirməyib.
Xatırladaq ki, daha əvvəl Annanın Mariinski teatrının may və iyulda keçiriləcək "Ağ gecələrin ulduzları" festivalında çıxışı olacağı deyilirdi.
Qeyd edək ki, o, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu. O, fikrini bildirdikdən sonra isə "Novosibirsk Opera Teatrı" onunla əməkdaşlığı dayandırmışdı. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. Bir neçə gün əvvəl Bakıda, daha sonra isə Dubayda olub.